İradə İbrahimova Şəhidlər Xiyabanında -

İradə İbrahimova Şəhidlər Xiyabanında - "Vicdanımı sorğu-sual etdiyim yerə gəldim" – FOTO 

Hazırda oxunan: İradə İbrahimova Şəhidlər Xiyabanında - "Vicdanımı sorğu-sual etdiyim yerə gəldim" – FOTO 

139371

“Hər addımımda yaxınlaşdıqca nitqimin tutulduğunu, qanımın çəkildiyini, sözlərin, təsəllinin mənasızlaşdığını, “Yaşamamısan, haradan biləcəksən ki”, “Sən heç yetim, ərsiz, atasız qaldın?” dediyimi, vicdanımı, yaşadığım nisgilin dərəcəsini sorğu-sual etdiyim yerə gəldim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabanı ziyarəti zamanı çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşarkən yazıb.

Sənətçi fikirlərini belə davam etdirib:

“İradə, o zaman "sus" dedim. Savm-ı samt (susmaq orucu) dedim. Oruc dediyimiz sadəcə yemək-içməkdən uzaq durmaq deyil. Allah adına lazımi yerlərdə lazım olduğu qədər susmaqdır. Susmaq iç dünyanla danışmamaq da deyil, əksinə içinlə söhbət etmək üçün çöl ilə əlaqəni kəsməkdir. Hər ziyarətimi ölməmə günləri olaraq qeyd edirəm”. 














Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO