Sənubər İsgəndərli: “Küsülü olduğum tərəf müqabili ilə oynamışam” - VİDEO

Sənubər İsgəndərli: “Küsülü olduğum tərəf müqabili ilə oynamışam” - VİDEO

Hazırda oxunan: Sənubər İsgəndərli: “Küsülü olduğum tərəf müqabili ilə oynamışam” - VİDEO

138933

“Fors-major hallar, gözlənilməz vəziyyətlər də olur. Çünki canlı sənətdir, hər şey olur. Küsülü olduğun tərəf müqabili də olur, məcbursan, oynamalısan. Başqa çarən yoxdur. Çünki mən Sənubər deyiləm, o an səhnədəyəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “ATV səhər” verilişinə müsahibəsində deyib. 

Aktrisa səhnədə həmkarları ilə üzləşdiyi gözlənilməz hadisələrdən soz açıb: 

“Elə olub ki, ya tərəf müqabilim, ya da mən sözlərimizi yaddan çıxarmışıq. Bir-birimizi o qədər yaxşı başa düşürük ki, vəziyyətdən çıxa bilirik. Replika gözləyən aktrisa deyiləm, situasiyaya baxıb sözümü deyirəm. Elə aktyorlar var ki, sözünü yaddan çıxarırsan, dayanıb üzünə baxır. Deyəcək ki, “Hə, nə oldu? De sözünü”. Kömək etməyəcək. Təki sən pis vəziyyətdə qalasan”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO