Rəqsanə: “Təranənin böyük qızı Suel evimdə, körpə qızı isə sığınacaqda qalır” – VİDEO

Rəqsanə: “Təranənin böyük qızı Suel evimdə, körpə qızı isə sığınacaqda qalır” – VİDEO

Hazırda oxunan: Rəqsanə: “Təranənin böyük qızı Suel evimdə, körpə qızı isə sığınacaqda qalır” – VİDEO

138243

“Bu gün hazırda həbsdə olan prodüser Təranə Səmədovanın övladına sahib çıxıb, yanımda saxlayıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Sənətçi bildirib ki, hazırda həbsdə olan prodüser Təranə Səmədovanın böyük qızı Suel müğənninin evində qalır: 

“Təranə altı aydan çoxdur ki, həbsdədir. Onun qızı Sueli öz övladlarımdan ayırmıram. Onu evimdə saxlayıram, geyimindən tutmuş yeməyinə qədər təmin edirəm. Təranənin başıma gətirdiklərinin hamısı mətbuatın gözünün önündə olub. Amma əgər bir qadın yıxılıbsa, mən də onun bu vəziyyətə düşməyindən istifadə edim? Xeyr, Allahdan qorxuram! 

Çünki övladlarım böyüyür. Bir dəqiqədən sonra başıma nələr gələcəyini bilmirəm. Bəlkə də etdiyim hansısa yaxşı əməlim övladımın qarşısına çıxacaq. Suel mənim evimdə böyüyür, yaşayır. Onu hər gün məktəbə sürücüm aparıb gətirir. Onu, övladlarımı göz bəbəyim kimi qoruyuram. Suel məktəbdə oxuduğuna görə, heç yerdə bu barədə açıqlama verməmişəm ki, orada ona söz deyilməsin. Evdən məktəbə gedəndə və geri dönəndə əlaqə saxlayıb, onunla maraqlanıram. Onu diqqətsiz qoymuram”. 

Rəqsanə Təranənin səkkiz aylıq qız övladı Adelin anasının məhkəməsi getdiyi səbəbi ilə hazırda sığınacaqda qaldığını açıqlayıb.  

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub. O, 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T.Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO