Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla Avropa turuna çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Yahyayeva əri ilə ilk əvvəl yolunu İtaliyanın paytaxtı Roma şəhərindən salıb. Cütlük şəhərin tarixi yerlərini gəzib, oranın məşhur dondurmalarının dadına baxıblar.
Daha sonra Sevda Zakirlə qatarla Parisə gedəcəklərini bildiriblər. Müğənni saatda 300 km sürətlə gedən qatarın Romadan Parisə 3 saat ərzində qət edəcəyini bildirib.
Həmin anları isə estrada ulduzu telefonunun yaddaşına köçürərək, sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media