Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, valideyni ilə arxiv fotosunu paylaşaraq, azadlığa çıxması xəbərlərini yalanlayıb.
“Yalan şaiələrə inanmayın. Atamı buraxmayıblar. Buna səbəb olanlara Allah min dəfə lənət eləsin”, - deyə söz xiridarının oğlu Yusif yazıb.
Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:14 / 22.05.2023
Rəşad Dağlının azadlığa çıxması ilə bağlı oğlundan paylaşım- FOTO
Hazırda oxunan: Rəşad Dağlının azadlığa çıxması ilə bağlı oğlundan paylaşım- FOTO
Hazırda oxunan: Rəşad Dağlının azadlığa çıxması ilə bağlı oğlundan paylaşım- FOTO
137339
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.