Aktrisa Ülviyyə Əliyeva uşaqlıq vaxtı yaşadığı travmasından söz açıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində danışıb.
Aktrisa valideynləri tərəfindən bibisinə övladlığa verildiyini açıqlayıb:
“Bibimin övladı olmayıb, məni ona veriblər. İki ana, iki atam var. Doğulandan 40 gün sonra məni bibimə veriblər. Bir nəfər var idi, 13 yaşımda mənə dedi ki, onlar sənin ata-anan deyil. Buradan deyirəm ki, kimsə övladlığa uşaq götürəndə, mütləq ona bu barədə məlumat versin. Mən travmalar aldım. Ən təhlükəli yaş idi”.
Rəşad Əliyev, Bizim.Media