Nüşabə oğlunun toyunda baş verən qalmaqaldan ilk dəfə danışdı - VİDEO

Nüşabə oğlunun toyunda baş verən qalmaqaldan ilk dəfə danışdı - VİDEO

Hazırda oxunan: Nüşabə oğlunun toyunda baş verən qalmaqaldan ilk dəfə danışdı - VİDEO

137218

Əməkdar artist Nüşabə Ələsgərli illər əvvəl Türk sənət musiqisinin “imperatoru” İbrahim Tatlısəsin iştirakı ilə oğluna keçirdiyi kiçik toyda baş verən qalmaqallı hadisədən söz açıb.  

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Özəl Tube” verilişində bildirib ki, sözügedən məclisdə qonaqlar sırasında olan mərhum Xalq artisti İlhamə Quliyeva gənc ifaçı Tunar Rəhmanoğlunun səhnə almasına heç bir irad bildirməyib. 

“Oğlumun kiçik toyunda həm sənət dostlarım, həm də qonaqlarım İbrahim Tatlısəsin oxumasına imkan vermədilər.

Şəkil üstündə problem yaşandı. İbrahim mahnısını yarıdan kəsdi, onlarla şəkil çəkdirdi. Səhnədən zala düşə bilmirdi. 1000 nəfər qonağım vardı. İmkan vermədilər ki, İbrahim mahnılarını oxusun. İlhamə Quliyeva ilə yan-yana dayanıb söhbət edirdim. O anda İbrahim Tunarı səhnəyə oxumağa dəvət etdi. İlhamə xanım mənə dedi ki, “Bu nə biabırçılıqdır?

Belə şey olar? Sənin məclisinin böyüyü yoxdur? Buna bir düzən verin, İbrahimi oxumağa imkan vermirlər? Mən o anda səhnəyə baxırdım. Səhnədə Tunarla İbrahim var idi. Operator da bizi o anda çəkirdi. Görənlər bilir ki, biz nə danışırıq? Mən İbrahimin meneceri Eyyubu çağırtdırdım.
Söylədim ki, gedin İbrahimə deyin ki, o, səhnədən düşməsin. Elə səhnədə oxusun. Belə çıxdı ki, güya biz Tunarın oxumasını istəmirik. Xeyr, belə deyildi. Münasibətimiz Tunarla gözəldir. O, yaxşı ifaçıdır. Ailəsi ilə də yaxınam. Nə mən, nə də İlhamə xanım belə bir şey deməmişdi. Məclisdə irad şəkil məsələsi ilə əlaqədar idi”, deyə o, qeyd edib.
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO