Nazpəri Dostəliyeva: “Gənc müğənnilər ancaq pul qazanmağı düşünürlər” - VİDEO

Nazpəri Dostəliyeva: “Gənc müğənnilər ancaq pul qazanmağı düşünürlər” - VİDEO

Hazırda oxunan: Nazpəri Dostəliyeva: “Gənc müğənnilər ancaq pul qazanmağı düşünürlər” - VİDEO

136628

“Bəzi gənc ifaçıların nə sənəti, nə də ki davranışı ilə razıyam. Bu gün onlar fikirlərində toy, pul qazanmaq, avtomobillərini reklam etməklə məşğul olurlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Space maqazin” verilişinə müsahibəsində deyib. 

Sənətçi “ayaq açıb”, populyarlaşan bayağı musiqilərdən söz açıb: 

“Bayağılıq musiqidən xəbəri olmamaqdır. Ya fars, ya türk və ya xarici xalqların musiqilərində yer alan ladlarıdır. Həmin musiqilərə meyxanaçılar söz qoyub oxuyurlar”. 

Dostəliyeva bildirib ki, yaşadığı itkilərdən sonra heç kimlə qalmaqal yaşamaq istəmir:  

“Bu gün mənim üçün qalmaqal mövzusu yoxdur. Allah mənə bu imtahanı yaşatdı (oğlu Əlinin və müğənni bacısı Zeynəb Dostəliyevanın dünyasını dəyişməsi – red.). Bu imtahandan isə alnı açıq, üzü ağ çıxdım. Bu imtandan sonra düşünmürəm ki, kimsə Nazpəri ilə qalmaqal etsin”.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO