“Xaqocan” ləqəbli tiktoker həbs edildi – FOTO  

“Xaqocan” ləqəbli tiktoker həbs edildi – FOTO  

Hazırda oxunan: “Xaqocan” ləqəbli tiktoker həbs edildi – FOTO  

134254

TikTok sosial şəbəkəsində “Xaqocan” ləqəbi ilə tanınan Xəqani Hüseynov həbs edilib. 

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

O bildirib ki, Xəqani Hüseynov barəsindəki şikayət əsasında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsi tərəfindən saxlanılıb: 

“Paytaxt sakini Azər Əmirov Xəqani Hüseynovun onu söyərək təhqir etməsi ilə bağlı polisə müraciət edib. Müraciət araşdırılıb və Xəqani Hüseynov saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi əsasında protokol tərtib edilib. 

Nərimanov Rayon Məhkəməsinin qərari ilə Xəqani Hüseynov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”. 

Qeyd edək ki, TikTok-da 883.3 min izləyicisi olan X. Hüseynov həmin platformada müxtəlif şəxslərə maddi yardım göstərməsini əks etdirən videolar paylaşmağı ilə tanınıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO