Xəbər verdiyimiz kimi, xəyanət iddiası ilə türk mətbuatının gündəminə düşən, boşanacaqları ilə bağlı xəbərlər yayılan məşhur aktyor cütlük Kadir Doğulu və Neslihan Atagül Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, cütlüyün Bakıya gəliş səbəbi “Formula 1” Azərbaycan Qran Prisini izləməkdir.
Neslihan yarışı seyr etməzdən əvvəl Heydən Əliyev Mərkəzinə yollanıb. Aktrisa sosial şəbəkə hesabında sözügedən məkandan paylaşımlar edib.
Daha sonra cütlük adrenalin dolu yarışı izləmək üçün "Formula-1"in keçirildiyi ünvana gəlib. Onlar "VIP-Lounge" əyləşərkən görüntüləniblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Kadir Doğulunun Alaçatıda restoranların birində bir xanımla səmimi şəkildə qucaqlaşaraq, öpüşməsi görüntüləri yayılıb. Baş verən hadisənin ardından Neslihanın anası Perihan Çıtlak qızını yanına çağıraraq, Kadirdən boşanmağını istəyib.
Rəşad Əliyev, Bizim.Media