Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın gəlini Səadət Nəcəfovanın səhhətində ciddi problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, xanəndənin oğlu Cəfər Nəcəfov böyrək çatışmazlığından təcili olaraq xəstəxanaya yerləşdirilən həyat yoldaşının sağlamlıq vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb.
“Vəziyyəti ilə maraqlanan, fiziki və ya mənəvi yanımda olduğunu hiss etdirən hər kəsə dərin təşəkkürümü bildirirəm. Məlum səbəbdən zənglərə, mesajlara cavab verə bilmirəm. Vəziyyəti stabildir. İnşallah, çətinliklər tezliklə geridə qalar. Anlayışınız üçün təşəkkür edirəm”
Daha sonra sənətkarın oğlu “Hər şeyə hazır olun”, “Xəstənin vəziyyəti ağırdır, həyati təhlükəsi var” ifadələrin eşidə biləcəyi ən ağır sözlər olduğunu yazıb.
Qeyd edək ki, Mələkxanım Eyubovanın gəlini hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:06 / 29.04.2023
Mələkxanımın oğlundan həyat yoldaşının səhhəti ilə bağlı AÇIQLAMA - FOTO
Hazırda oxunan: Mələkxanımın oğlundan həyat yoldaşının səhhəti ilə bağlı AÇIQLAMA - FOTO
Hazırda oxunan: Mələkxanımın oğlundan həyat yoldaşının səhhəti ilə bağlı AÇIQLAMA - FOTO
133410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.