Əməkdar artist Lalə Məmmədova Türkiyədə çəkdirdiyi yeni klipini təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçi mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarında yer alan şedevr əsərlərindən biri olan musiqisi Faiq Sücəddinov, sözləri isə Nuridə Atəşə məxsus "Darıxmışam" adlı bəstəni ekranlaşdırıb.
Sözügedən nəğməni fərqli, rok-pop janrında ifa edən Lalə ekran işinin rejissorluğunu türkiyəli fotoqraf-videoqraf Orçun Mutluya həvalə edib.
Məmmədovanın qlamur obrazı üzərində peşəkar stilist və vizajist Elnur Həsənov çalışıb.
Əməkdar artist klipini rəsmi "YouTube" kanalında izləyicilərin ixtiyarına verib.
Rəşad Əliyev, Bizim.Media