Türkiyəli aktyor Kadir Doğulu ötən gün Alaçatıda restoranların birində bir xanımla qucaqlaşaraq aktrisa həyat yoldaşı Neslihan Atagülə xəyanət etməsi xəbərlərinə aydınlıq gətirib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, sənətçi haqqında çıxan məlumatları yalanlayıb.
MÖVZU İLƏ BAĞLI:
Kadir Neslihana xəyanət etdiyi qadınla imam NİKAHINDADIR - İDDİA/VİDEO
"Görüntüləri bu şəkildə yayan insanın mənimlə yaxınlaşmaq istəyən, amma alınmadıqda da bu şəkildə davranan biri olduğunu düşünürəm. O gün həmin qadınlardan başqa 80 insanla danışdım. Mənimlə danışmaq istəyən hər kəslə söhbət edirəm, problemi varsa, dinləyirəm. Kömək etməyə çalışıram. Bunun yerinin və zamanının da bir mənası yoxdur. Mənim Neslihandan başqa kəbinli həyat yoldaşım yoxdur", - deyə Kadir vurğulayıb.
Neslihan Atagülün yaxınları baş verən hadisəyə "Səs-küylü bir yerdə edilən normal söhbətdir",- deyə reaksiya veriblər.
Qeyd edək ki, Kadir Doğulu ilə Neslihan Atagül 7 ildir ailəlidir.
Rəşad Əliyev, Bizim.Media