Afaq Bəşirqızı: “Şəhidlərdən sonra heç kimi güldürə bilmirəm” - VİDEO

Afaq Bəşirqızı: “Şəhidlərdən sonra heç kimi güldürə bilmirəm” - VİDEO

Hazırda oxunan: Afaq Bəşirqızı: “Şəhidlərdən sonra heç kimi güldürə bilmirəm” - VİDEO

132579

Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu aparıcı Elgiz Əkbərin “YouTube” kanalında həddən artıq arıqlamasından söz açıb. 

Aktrisa bildirib ki, onun arıqlaması xəstəliyi ilə bağlıdır:  

“Çox arıqlamışam. Amma bunun bəxtəvərliklə heç bir əlaqəsi yoxdur. Tamaşaçılar bilirlər ki, bəxtəvər deyiləm. Arıqlamağım da bəxtəvərlik deyil. Xoşbəxtəm! Amma arıqlamağım başqa şeylərə bağlıdır. Dərdlərin hamısını bu sinəmdə gizlədərəm, təki bilim ki, xalqım xoşbəxtdir”. 

İkinci Qarabağ müharibəsindən söz açan A.Bəşirqızı vurğulayıb ki, şəhidlərə görə artıq heç kimi güldürə bilmir:  

“Mən kimisə güldürməyə utanıram. Şəhidlərdən sonra heç kimi güldürə bilmirəm. Erməni gülüşümü dondurdu. Onu da Allah yaradıb, amma onları cəza, bəla kimi yaradıb. Xəstəliyə tutulduq, nələr oldu, amma bundan sonra gərək inam və ümüdlə yaşayaq.
Ümüdlər arzulara çevrilir. O ümüd insanı yaşadır, sonra uzadır öldürür, daha sonra isə özü ölür. Bir sözlə ümüd sən öləndən sonra ölür. Elə yaşamalıyıq ki, hər xırdaçılığa getməyək. Bir az gərək özümüzü tox tutaq”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO