Ayan yaşadığı binadan şikayətləndi: “Çökmə təhlükəsi yaranıb” - VİDEO

Ayan yaşadığı binadan şikayətləndi: “Çökmə təhlükəsi yaranıb” - VİDEO

Hazırda oxunan: Ayan yaşadığı binadan şikayətləndi: “Çökmə təhlükəsi yaranıb” - VİDEO

132472

Müğənni Ayan Babakişiyeva yaşadığı binadan şikayətlənib.  

Bizim.Media xəbər verir ki, sənətçi yaşadığı Ənvər Hüseynov küçəsi 7 ünvanında yerləşən binanın qarajına su dolduğunu və çökmə təhlükəsinin yarandığını bildirib. 

“Bura bizim yaşadığımız binanın qarajıdır. Hazırda suyu yığıblar. Burada yüzlərlə ailə yaşayır. Bu qədər düşüncəsizlik, bu qədər etinasızlıq olmaz.

Aidiyyəti qurumlar bununla maraqlanmalıdır. Bildiyim qədəri ilə su analiz edilib. Deyiblər ki, təbii şollar suyudur. Başqa vaxt suyu kəsirlər, xəbərdarlıq edirlər. Su binanın çökməsinə səbəb olacaq və artıq 2 aydan çoxdur. Bu nə dərəcədə doğrudur? Gəlirlər plastmas vannalara suyu doldurub gedirlər. Heç kim maraqlanmır. Bir dəfə düzəltdilər, 1 ay qurudu. 2 ay keçib yenə eyni hal.
Bildiyim qədəri ilə binanın arxa hissəsində çökmə prosesi baş verir. Artıq mən bundan qorxuram. Buradan köçüb getmək istəyirəm. Deyirəm gecənin, gündüzün birində bu bina çökəcək. Onda biləcəklər ki, millət öldü, deyəcəklər ki, nədən imiş?! Səbəb budur”, - deyə, Ayan paylaşımında fikirlərini ifadə edib. 

 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO