Toppuş bacının ƏRİ:

Toppuş bacının ƏRİ: "Gəlişin kimi gedişin də həyatımı dəyişdi" - FOTO

Hazırda oxunan: Toppuş bacının ƏRİ: "Gəlişin kimi gedişin də həyatımı dəyişdi" - FOTO

132138

"Salam deyib, gəldin həyatıma.  Sağol deyib, getdin həyatımdan". 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.   

Aktrisa ilə yaşadığı xatirələri sətrlərə köçürən Röyal  bildirib ki, Tünzalə ölümündən əvvəl Məkkəyə ailəlikcə birgə gədəcəyinə söz vermişdi:  

"Gəlişin kimi gedişin də həyatımı dəyişdi. Ömrüm-günüm, dünya axirət həyat yoldaşım mənim, "Tünüş". Onunla söhbət edirdim. Deyirdim ki, sən elə bilirsən ki, insanlar səni sadəcə sənətinə görə sevir?  Soruşdu ki, tək o deyil?
Cavab verdim ki, əlbəttə, o da var, amma həm də sənin əxlaqlı xanım, yardımsevər və gözəl, səmimi insan olduğun üçün sevirlər. Gözləri dolurdu, deyirdi ki, doğrudan? Mənim əxlaqlı həyat yoldaşım, söz vermişdin ki, üçümüz (Tünzalə, özü və qızı Zəhra - red.) Məkkəyə gedəcəyik, amma olmadı. Sənə söz verdim Zəhra qızımızı aparacağam o müqəddəs torpaqlara". 

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO