“Mənim qədər pul qazanan var? Yetəri qədər ruzili xanımam”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Həmin Zaur” axşam verilişində deyib.
Sənətçi şou-biznesdə ən çox pul qazanan ifaçı olduğunu iddia edib:
“Yetəri qədər işim var. Məkan açmışam, evlər almışam... Niyə gizlədim ki? Halal qazanıram. Əziyyət çəkirəm, 7-8 saat dikdaban ayaqqabıda oxuyuram. Xalqın puludur, sevilirəm və toylara dəvət alıram. Ağıllı qadınam. Dörd evim var.
Mənim kimi qazanan xanıma bu qədər ev azdır. Amma çox bədxərcəm, əlibərk olsaydım, daha çox ev alardım. Amma Allah deyir ki, sənə verirəmsə, bölüşməyi bacar. Hər zaman bölüşməyi bacarıram”.
Rəşad Əliyev, Bizim.Media