Mətanət Əsədova Xatundan KÜSÜB - VİDEO

Mətanət Əsədova Xatundan KÜSÜB - VİDEO

Hazırda oxunan: Mətanət Əsədova Xatundan KÜSÜB - VİDEO

131566

Müğənni Mətanət Əsədova həmkarı Xatun Əliyevadan küsüb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Elgiz Əkbər aparıcısı olduğu “Elgiz izlə” ictimai-sosial verilişində məlumat verib. 

E.Əkbər proqramında qonaq etdiyi X.Əliyevaya “Ötən gün niyə qonaqlığa gəlmədin? Mətanət Əsədovaya görə gəlmədin?” suallarına qarşı tərəf cavab verməkdən imtina edib. 

Bu sözlərdən sonra aparıcı “Mətanətin tərəfini saxlayan kimi çıxmasın, Xatun parodiya edəndə mən zövq alıram” fikrini bildirib. 

Müğənni isə “Mən Mətanət xanımı parodiya eləməmişəm. Sadəcə kiçik bir monoloq olub. Mətanət xanım inciyib məndən?” deyə Elgizə səslənib. 

Elgiz isə “Bu sualın cavabını səndən soruşuram. Dünən gəlmədin qonaqlığa. Hamı yazıb, dedi ki, Xatun qonaqlığa Mətanət Əsədovaya görə gəlmədi” sözlərini dilə gətirib. 

Xatun isə son olaraq Mətanət Əsədovanı çox istədiyini vurğulayıb.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO