Bir müddət əvvəl yumorist Maksim Qalkinin “Mənə elə gəlir ki, əgər Filip şəffaf “kolqotka”da (corab –red.) cəbhədə görünsə, bir neçə gün atəşkəsə olar” fikirlərinə Xalq artisti Filip Kirkorovdan cavab gəlib.
Bizim.Media xəbər verir ki, rus estradasının 55 yaşlı pop kralı açıqlamasında "Ehtiyac yaranarsa, istənilən formada cəbhəyə getməyə hazıram" sözlərini deyib.
“Sülh naminə, əgər bu, kiminsə həyatını xilas edərsə, o zaman cəbhəyə şəffaf “kolqotka”da (corab –red.) gedəcəyəm. Heç bir şey məni qorxutmayacaq”, deyə o bildirib.
Qeyd edək ki, Maksim Qalkin Rusiya tərəfindən xarici agent elan edildikdən sonra həyat yoldaşı Alla Puçavova və uşaqları ilə birgə İsrailə köçüb.
Yumorist xarici ölkələrdə verdiyi konsertlərdə keçmiş həmkarlarını sərt şəkildə tənqid edir və məsxərəyə qoyur.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:22 / 17.04.2023
Kirkorovdan onu ələ salan Qalkinə CAVAB: “Cəbhəyə corabla da gedərəm“
Hazırda oxunan: Kirkorovdan onu ələ salan Qalkinə CAVAB: “Cəbhəyə corabla da gedərəm“
Hazırda oxunan: Kirkorovdan onu ələ salan Qalkinə CAVAB: “Cəbhəyə corabla da gedərəm“
131190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.