Elcan Rəsulov: “Atam səhərə yaxın qollarımın arasında dünyasını dəyişdi” - FOTO

Elcan Rəsulov: “Atam səhərə yaxın qollarımın arasında dünyasını dəyişdi” - FOTO

Hazırda oxunan: Elcan Rəsulov: “Atam səhərə yaxın qollarımın arasında dünyasını dəyişdi” - FOTO

130468

“Düz 15 il bundan qabaq elə aprelin 13- ü səhərə qədər yatmadım. Heç səhər də yatmadım. Çünki gecədən halı pisləşən atam səhərə yaxın qollarımın arasında dünyasını dəyişdi. Cansız bədəni cəmi bir dəqiqə qucaqlayıb ayaqüstə saxlaya bildim. Çox ağır gəldi mənə.

Elə o dəqiqədən də ailənin bütün yükü, ağırlığı mənim çiynimə düşdü. Oldum 21 yaşlı ata. Hətta cəsarətlənib 8 yaşlı uşağı da inandırdım ki, bu gündən ata mən oluram. Daha nə istəsən mənə deyəcəksən”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkə hesabında yazıb. 

Sənətçi bildirib ki, atasını 13 apreldə itirdiyinə görə bu tarixdən zəhləsi gedir: 

“Hamı gəlir bığı çıxana qədər ata olur, sonra ölür. Mənim də bığım çıxana qədər ata mən olacam. O bəlkə də inandı, inandı deyə heç ağlamadı. Bütün aktyorluq bacarığımı toplayıb özümdə güclü, məğrur adam obrazı yaratdım hamının gözündə. Heç kim mənim ağlamağımı görmədi. Ölümü və dünyanı dərk edənə qədər bığ da saxlamadım.
İndi də saxlamaq istəmirəm. Amma əvvəlki gücüm və dözümüm yoxdur. Çox kövrək olmuşam. Hər atası şəhid olan uşaq görəndə onlar qədər ağlayıram. Mən bilirəm onlar necə 8-10-13-15 yaşlı ata olurlar... Bu gün də səhərə qədər yata bilmədim. İndi də səhərdir, durum ən çox zəhləm gedən növbəti 13 aprel gününü yaşayım... Allah bizi bağışla...”. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO