Aybəniz Haşımova: “Vətən igidləri, bunu düşmənə bağışlamayın” - FOTO

Aybəniz Haşımova: “Vətən igidləri, bunu düşmənə bağışlamayın” - FOTO

Hazırda oxunan: Aybəniz Haşımova: “Vətən igidləri, bunu düşmənə bağışlamayın” - FOTO

130338

Əməkdar artist Aybəniz Haşımova Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan üç hərbiçilərimizlə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, şəhidlərin şəklini sosial şəbəkə hesabında yayımlayan sənətçi cəbhədə yaşanan hadisələrdən dərin kədər hissi keçirdiyini bildirib. 

“Vətən igidləri, bunu düşmənə bağışlamayın. Üç çıraq söndü... Üç evə od düşdü... Üç ocaq yandı, kül oldu. Allah şəhidlərimizə rəhmət eləsin”. 

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.  

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.   

Ermənistan axşam saatlarında törətdiyi təxribat nəticəsində 3 hərbi qulluqçumuz şəhid olub, 4-ü isə yaralanıb.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO