Xalq artisti Röya:

Xalq artisti Röya: "Allah əsgərlərimizə güc versin!" - FOTO

Hazırda oxunan: Xalq artisti Röya: "Allah əsgərlərimizə güc versin!" - FOTO

130232

Xalq artisti Röya Ayxan Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı paylaşım edib.  

Bizim.Media xəbər verir ki, bunun bağlı sənətçi sosial şəbəkə hesabında status yazıb. 

“İndi xəbər tutdum, çox ağırdır. Laçın rayonu istiqamətində gərginlik yaranıb. Hərbçilərimiz şəhid olub, yaralılarımız var. Allah əsgərlərimizə güc versin! Başın sağ olsun, Azərbaycan”, - deyə estrada ulduzu vurğulayıb. 
Qeyd edək ki, Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. 

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.  

Ermənistan axşam saatlarında törətdiyi təxribat nəticəsində 3 hərbi qulluqçumuz şəhid olub.


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO