Günaydan ETİRAZ:

Günaydan ETİRAZ: "Bəlkə, özünüzü də monitorinq edəsiniz?" - FOTO

Hazırda oxunan: Günaydan ETİRAZ: "Bəlkə, özünüzü də monitorinq edəsiniz?" - FOTO

130221

"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, çox hörmətli professor, filologiya elmləri doktoru Sevinc xanım Əliyeva, zəhmət olmasa deyərdiniz, "söz" olaraq tələffüz olunur yoxsa "sötz"? Biz sizlərdən öyrənirik axı. Daha əvvəl açıqlamamda sizin qurumdan əsas gətirməyinizi, açıqlama verməyinizi tələb etdim. Rəsmi feysbuk səhifənizdə "rəsmi açıqlama" adlı xəbər paylaşdınız". 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.  

Sənətçi "O kimdir ki?" mahnısının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısına salınmasına növbəti dəfə etiraz edib.  

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın qonaq olduğu "Dikdaban" verilişindəki çıxışının bir hissəsini yayımlayan G.İbrahimli onun nitqində qüsur olduğunu iddia edib: 

"Mütəxəssisiniz Kəmalə Onur mahnıda tələffüzdə yanlışlıqları olduğunu bildirdi və bu səbəbdən siyahıya adımın əlavə olunduğunu qeyd etdi. İlk dinləməsində iki səhv aşkarladığını bildirdi. Mən də istədim cüzi sizi monitorinq edim və ilk dinləməmdə sizdə tələffüz səhvləri aşkarladım. Nə təsadüf. Bəlkə, özünüz özünüzü də monitorinq edəsiniz? Qurumunuzun çox intellektual əməkdaşları var axı.

Hörmətli, Sevinc xanım, daha sonra saytlardan birinə müsahibə vermisiniz. O müsahibənizdə “O kimdir ki” adlı mahnımın məzmununu şərh etmisiniz və demisiniz ki, biz o ifadəni kimisə aşağılamaq istəyəndə bildiririk. Olduqca absurd və məntiqsiz bir şərhdir. Yenə əsas gətirə bilmədiniz. 
O zaman ortaya sual çıxır, bu cür mötəbər və önəmli bir qurumun 3 bir-birinə uyğun olmayan, fərqli məzmunlu açıqlaması ortaya çıxır. Birinci adımı və ifamı “pis vərdişləri təbliğ edən” siyahıya saldınız və yerli mediaya yönləndirdiniz. İkinci olaraq “rəsmi açıqlama” adı altında tələffüzü əsas gətirdiniz. Üçüncü də sizin açıqlamanız. Səbəb nə idi? Niyə mənə qarşı belə  çirkin təbliğat etdiniz? Sonra absurd açıqlamalar gətirdiniz. Qurumun 1 rəsmi açıqlaması olar, 3 yox. 

Ümumilikdə, 350-yə yaxın mahnının monitorinqə cəlb edildiyini söyləyirsiniz. Necə olur ki, qurumun tədbiri baş tutan ərəfədə, oradan 20-30 ədəd mahnı seçilir. "Zır kayfdayam", “Hallıyam”, “Ley pey olmuşam” kimi iyrənc məzmunlu mahnıların siyahısına mənim adım və ifam salınır. Sonra hansısa ağıllı əməkdaşınız bu siyahını mediaya göndərir. Ardı bəllidir". 

Günay həmçinin iddia edib ki, qurumun əməkdaşları ona qarşı "qara piar" hazırlayıblar: 

Əməkdaşınız Kəmalə Onur söyləyir ki, o siyahı “zərərli vərdişlərdən istifadəni təbliğ edən” mahnılardan ibarət deyil, orfoepik, leksik, qrammatik səhvlər də buna aiddir. Yaxşı, ortaya yenə sual çıxır. Bu xəbər mediada işıqlanan zaman, istinad sizin qurum gətiriləndə nə üçün o saytlara bildirmədiniz ki, o siyahı tək pis vərdişləri təbliğə aid deyil? Yaxud niyə o siyahı mediaya veriləndə bölgü etmədiniz? Məsələn, bu mahnı narkotiki təbliğ edir, bu mahnıda tələffüz səhvi var... Axı saytlar sizi istinad gətirir. Düzəldərdiniz də. Niyə düzəltmədiniz?

Qurumun əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq mənə qarşı qaralama edib. Cəmiyyətə məni “pis vərdişləri təbliğ edən” bir sənətçi kimi aşılayıb. Amma cəmiyyət bunu qəbul etmədi. Nəticə etibarı ilə, mənə qarşı etdiyiniz səhvlər göz qarşısındadır.
Heç bir əsas gətirə bilmədiniz. Bir-birini təkzib edən açıqlamalar verdiniz və heç bir yeniləmə etməyərək, mediaya bildirmədiniz ki, “siyahını yenidən paylaşın. Səhvlər olub, bilməmişik”. Səhvi qəbul etmək çətindir? Yəqin ki, çətindir. Səhvi qəbul etmək alilik gərəkdirir". 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO