Xalq artisti Ənvər Sadıqov Brilliant Dadaşovanın ansamblından ayrılmasından söz açıb.
Bizim.Media xəbər verir ki, bu barədə qarmon ustadı qonaq olduğu “13 sual” verilişində danışıb.
Sadıxov bildirib ki, Dadaşova ilə işbirliyinə son qoymasına səbəb pul olmayıb:
“Biz ayrılmamışıq, sevinə-sevinə görüşürük. Ayrılmamıza qonorar və ya pul səbəb olmayıb. Qucaqlaşa-qucaqlaşa, bir-birimizdən razı ola-ola ayrıldıq. Bəlkə, dövr, səslənmə, yanaşma başqa idi. Yaşımız artır, enerji dəyişir”.
Onun sözlərinə görə, Brilliant Dadaşova böyük sənətkardır, ruh insanıdır.
Rəşad Əliyev, Bizim.Media