"Verilişə baxanda özümdən xoşum gəlir. Kökələndə öldürürdülər məni. Bir də görürsən elə şərhlər yazırdılar: "Ay gombul", filan. Amma çoxları da deyirdi ki, biz sizi elə sevirdik. Amma mən özümü o cür sevmirdim. Axır vaxtlar çox əziyyət çəkirdim. Zatən kök idim, sonra pandemiya, qolum sındı, atam dünyasını dəyişdi, depressiya, stress... O çəkinin üzərinə 20 kiloqram da gəldi. Gör bu nə deməkdir. 107 kilqrama çıxmışdı çəkim".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Günün sədası" verilişində deyib.
M.İsgəndərli bildirib ki, üzündə plastik əməliyyat etdirəcək.
"Bəli, etdirmək istəyirəm. Üz gərmə, bəzi xırda şeylər var ki, onları etdirəcəyəm məhərrəm ayında. Əməliyyat olandan sonra bundan da arıq görünəcəyəm. Bəzi yerlərdə piylər var ki, onları çıxartdıracağam. Hələ kök olan vaxtlarımda getmişdim həkimin yanına, demişdi ki, ən azı 15 kiloqram arıqlayıb elə gəlməlisən. 1 ilə 45 kiloqram çəki atmışam".
Qeyd edək ki, M.İsgəndərli ötən il mədəkiçiltmə əməliyyatı keçirərək 45 kiloqramdan artıq çəki atıb.
Rəşad Əliyev, Bizim.Media