Rusiya və MDB ölkələrində məşhurlaşan müğənni Navai Bəkirovun şəxsi həyatı ilə bağlı etirafı gündəm olub.
Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında uşaqlığının əksər hissəsini zooparkda keçirdiyini açıqlayıb.
“Zooparkda doğulub böyümüşəm. 6 yaşıma qədər nə insanlarla ünsiyyətim, nə dostum, nə də bağçam olub. Zooparkımız 2 həftədən bir şəhərdən şəhərə köçdüyündən vaqonlarda yaşayırdıq, tək dostlarım heyvanlar idi. Ona görə də məni heç kim başa düşmür”.
Qeyd edək ki, N.Bəkirov daha əvvəlki müsahibələrin birində məşhurluqdan əvvəl gündüzlər traktor, gecələr isə taksi sürücüsü işlədiyini vurğulamışdı.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:43 / 03.04.2023
Azərbaycanlı müğənni: “Vaqonlarda yaşayırdım, dostlarım heyvanlar idi” - FOTO
Hazırda oxunan: Azərbaycanlı müğənni: “Vaqonlarda yaşayırdım, dostlarım heyvanlar idi” - FOTO
Hazırda oxunan: Azərbaycanlı müğənni: “Vaqonlarda yaşayırdım, dostlarım heyvanlar idi” - FOTO
128666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.