Meyxanaçı Namiq Məna Xalq artisti Fatma Mahmudovaya dəbdəbəli bağ evi hədiyyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Evdəkilər salam" verilişinin efirində məlumat verilib.
Sözügedən əyləncəli proqramın bu dəfəki, buraxılışının çəkilişi aktrisanın villasında olub.
F.Mahmudova söz ustadının bahalı hədiyyəsini belə şərh edib:
"Beş-altı ay bundan əvvəl Namiq Məna mənə zəng vurdu. Söylədi ki, “bilirəm sənin avtomobilin və mənzilin var. Mənə bir bağ bağışlayıblar. Mən də həmin bağı sənə hədiyyə vermək istəyirəm”. Namiq kupçası və sənədi ilə bu bağı bağışladı mənə. Bağ üç mərtəbəli deyil, bir mərtəbəlidir".
Rəşad Əliyev, Bizim.Media