“Avroviziya” təmsilçilərimiz 3 ölkədə çıxış EDƏCƏK

“Avroviziya” təmsilçilərimiz 3 ölkədə çıxış EDƏCƏK

Hazırda oxunan: “Avroviziya” təmsilçilərimiz 3 ölkədə çıxış EDƏCƏK

128170

Azərbaycanı bu il “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək zaqatalalı Tural və Turan Bağmanov qardaşları apreldə üç ölkədə çıxış edəcəklər. 

Bizim.Media xəbər verir ki, təmsilçilərimiz aprelin üçündə İsrailin paytaxtı Tel-Əvivdə səhnəyə çıxacaq.   

Aprelin 15-də Bağmanovlar Amsterdamda, “Avroviziya” konsertində də yer alacaq. Aprelin 16-da isə Londonda baş tutacaq “Avroviziya” partisində iştirak edəcəklər.

Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.

Təmsilçilərimiz sözügedən yarışmada “Tell me more” balladası ilə birinci yarımfinalda çıxış edəcəklər. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO