"57 gün keçdi... Sənsiz keçən 57 bomboş gün".
Bizim.Media xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında yazıb.
Aktrisa ilə yaşadığı xatirələri sətrlərə köçürən Röyal özünü onsuz yaxşı hiss etmədiyini dilə gətirib:
"Toyumuzdan 21 gün keçmişdi. Sən məndən yaşca kiçiksən, amma böyüyümsən. Sən necə gözəl həyat yoldaşı idin, ay ömrüm. Sonra dedin ki, bəlkə mən görmədim sənin ağaran saçlarını. Amma sən görəcəksən mənim ağaran saçlarımı. Mən isə söylədim ki, ağaran saçlarına sığal çəkəcəyəm.
Beş ay bundan əvvəl başını dizlərimə qoymuşdu və mən onun başına sığal çəkirdim.
Tünzalənin kimyaterapiyadan sonra saçları tökülmüşdü. Amma çox az miqdarda saçları çıxmışdı. Birdən yadıma düşdü mənə dediyi o söz... Tünzalə, mənə eşqim deyirdi, mən isə ona ömrüm. Söylədim ki, ömrüm, mənim sənə sözüm vardı. Yadındadı sənin ağaran saçlarına sığal çəkəcəkdim. O böyük ürəkli xanım uşaq kimi ağladı. Nə isə... Hər dəfə söz verirəm ki, daha son... Paylaşım etməyəcəyəm. Amma bunları yazmasam dəli oluram. Mən heç yaxşı deyiləm, ömrüm. Allahım da şahiddir ki, sənsiz heç yaxşı deyiləm. İnşallah tezliklə, öncə Rəbbimə sonra isə sənə qovuşacağım günü gözləyirəm. O vaxta isə bilirəm hələ var. Çünki, hələ sənin məndə əmanətin olan qızımız Zəhranı böyütməliyəm".
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:10 / 30.03.2023
Toppuş bacının əri: "Bu sözlərimə Tünzalə uşaq kimi ağladı" - FOTO
Hazırda oxunan: Toppuş bacının əri: "Bu sözlərimə Tünzalə uşaq kimi ağladı" - FOTO
Hazırda oxunan: Toppuş bacının əri: "Bu sözlərimə Tünzalə uşaq kimi ağladı" - FOTO
128130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.