İlkin Həsəni “20 Yanvar” ərazisindəki xaosdan ŞİKAYƏTLƏNDİ - VİDEO

İlkin Həsəni “20 Yanvar” ərazisindəki xaosdan ŞİKAYƏTLƏNDİ - VİDEO

Hazırda oxunan: İlkin Həsəni “20 Yanvar” ərazisindəki xaosdan ŞİKAYƏTLƏNDİ - VİDEO

128063

Aparıcı və aktyor İlkin Həsəni “20 Yanvar” metrostansiyası ətrafında və eyniadlı dairədə yaşanan xaos və tıxaclarla bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, televiziya ulduzu həmin ərazinin görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, aidiyyatı qurumlara səslənib. 

“Bunu ötən gün “MTV” kanalında olarkən çəkdim. Bu günə kimi heç bir qurumun bacara bilmədiyi “Sumqayıta bir nəfər” problemi. Üç aydan bir olmayan reydlərə “hörmətli sürücü burada maşın saxlama” deməklə deyil, konkret addımlar atmaq lazımdır.
Orada saxlayan avtomobillər cərimə olunsa, sizcə yenidən orada saxlayar? Yox! Ölkəmizin ən böyük problemi də budur, cəzasızlıq”, - deyə İlkin vurğulayıb.   
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO