“Balenciaga” kişilər üçün “baletka”ların SATIŞINA BAŞLADI - FOTO

“Balenciaga” kişilər üçün “baletka”ların SATIŞINA BAŞLADI - FOTO

Hazırda oxunan: “Balenciaga” kişilər üçün “baletka”ların SATIŞINA BAŞLADI - FOTO

127983

Dünya şöhrətli fransız moda evi “Balenciaga” 2023-cü ilin yaz kolleksiyasında qadınların ən rahat ayaqqabıları sayılan sətin materialdan olan “baletka”ları kişilər üçün satışa çıxarıb. 

Bizim.Media xəbər verir ki, brendin saytında 39-46 ölçülərində olan “balerina ayaqqabılar”ını 925 dollara (təxminən 1572 manat) əldə etmək olar. 

Ayaqqabı modeli Men's Leopold Ballerina adı altında qara, firuzəyi və bej rənglərində təqdim olunur və eyni ayaq ölçüsünə malik kişi və ya qadınlar üçün nəzərdə tutulub. 

Yeri gəlmişkən, "Balenciaga" kişi ayaqqabılarını nümayiş etdirən ilk brend deyil. Belə ki, 2021-ci ildə keçirilən London Moda Həftəsində dizayner Molli Goddard kişilər üçün yeni yaz kolleksiyasının nümayişində topuqdan bağlanan qırmızı dəri “baletka”arı nümayiş etdirib.














Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO