“1987-ci il avqustun birində Faiq bəylə ailə qurmuşam. Mənə deyirdi ki, o paltarı geyinmə, ora getmə. Dövlət Yol Polisində çalışıb, keçmiş polisdir. Daha sonra təqaüdə çıxdı. Bizim iki oğlan övladımız var. Həyat yoldaşımla dostam”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Bəkirova qonaq olduğu “Günün sədası” verilişində deyib.
Sənətçi bildirib ki, onu həyat yoldaşı ilə Əməkdar artist Cavanşir Məmmədov tanış edib:
“1987-ci ildə “Xatirə” xalq-çalğı alətləri ansamblına Cavanşir müəllim məni məşqə gətirmişdi. Elə bilmişəm ki, Faiq taksi sürücüsüdür. Cavanşir müəllim dedi ki, ay qız, oğlan səni gözləyir. Cavab verdim ki, "Ona məni gözləyəcəyini deməmişəm axı".
Verilişin gedişatında B.Bəkirovanın həyat yoldaşı Faiq bəy canlı efirə zəng edib.
Proqramın aparıcısı Nanə Ağamalıyevanın ifaçının ərinə ünvanladığı “Gündəlik həyat rejimində kişi həyat yoldaşı öz xanımının sevdiyini hiss etdirməsi üçün nə etməlidir?” sualına müğənninin həyat yoldaşı belə cavab verib:
“Hər kəs öz həyat yoldaşına inanmalı və sevməlidir”.
- A-
- A
- A+
Şoutaym
09:40 / 30.03.2023
Əməkdar artistin polis həyat yoldaşı canlı efirə ZƏNG ETDİ - VİDEO
Hazırda oxunan: Əməkdar artistin polis həyat yoldaşı canlı efirə ZƏNG ETDİ - VİDEO
Hazırda oxunan: Əməkdar artistin polis həyat yoldaşı canlı efirə ZƏNG ETDİ - VİDEO
127967
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.