Müğənni Kərim Abbasov illər əvvəl qalmaqal yaşadığı mərhum həmkarı Rəhim Rəhimli ilə münasibətlərindən söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda danışıb.
Kərim Rəhimlə dalaşmadığını, sadəcə küsülü olduğunu bildirib:
"Allah Rəhimə rəhmət eləsin. Küsülü idik, Rəhimlə aramıza girən var idi. Dalaşmamışdıq. İndi həmin şəxslər sağdır, onların ölümünü gözləyirəm. Arada gəzənlər, heç nədən adamı pis çıxaranlar var. Adım, sözüm olmadan Rəhimə nə isə çatdırmışdılar və o insan ömrünün sonuna qədər mənimlə küsülü qaldı. Təbii ki, peşmanlıq hissi keçirirəm. Kim istəyər ki, həyatdan küsülü getsin", - deyə, Kərim vurğulayıb.
Qeyd edək ki, bir neçə il əvvəl Kərim Abbasov müsahibələrinin birində Rəhim Rəhimli ilə münasibətlərinin korlanmasında həmkarı Niyam Salamini günahkar bilib, onu şeytan adlandırmışdı.
Daha sonra isə Kərim ilə Niyam illərlə bir-birinə qarşı düşmən mövqeyində olmuşdurlar.
Rəşad Əliyev, Bizim.Media