Əməkdar artist ikinci dəfə ərə getmək istəyir: “Pulu olsun ki...” - VİDEO

Əməkdar artist ikinci dəfə ərə getmək istəyir: “Pulu olsun ki...” - VİDEO

Hazırda oxunan: Əməkdar artist ikinci dəfə ərə getmək istəyir: “Pulu olsun ki...” - VİDEO

127773

Əməkdar artist Nahidə Orucova ikinci dəfə ailə qurmaq istədiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda aktrisa ekspert qismində iştirak etdiyi “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

N.Orucova onunla evlənmək istəyən bəy haqda isə bunları söyləyib: 

“Əvvələr cavanlıq, gənclik idi, teatra başım qarışıq idi, karyeramı qururdum. Artıq hiss edirəm ki, yanımda kimsə olmalıdır. Yanımda mənə həyan olan insan olmalıdır. Cavanlıqda hiss olunmur, amma illər ötdükcə, yaşa dolduqca, yaş yaşın üstünə gəldikcə insan hiss edir ki, kimsə onun yanında olmalıdır. Sən dərdini, problemlərini hər dəfə qızına açıb deyə bilmirsən.

Gənc ailədir, istəmirsən onu yukləyəsən. Qalırsan naəlac. Mən təkəm. Öz əlim, öz başım, öz qazancım, öz həyatım. Maaşım var, Prezident mükafatı alıram. Mənə arxa, dayaq olan insan lazımdır. Onun pulu olsun ki, problemlərimi həll etsin. Özüm öz problemlərimi həll etdikdən sonra, mən əri ne edirəm? Məbləği deyə bilmərəm. Qayğılarımı çəksin, arzu-istəklərimə çatdırsın. O, gəlib məndən istifadə edəcəksə, nə edirəm onu? “Ver yeyim, ört yatım” deyən insan mənə lazım deyil. Elə bir insan olsun ki, mənə də baxsın, özünə də”. 

Qeyd edək ki, Nahidə Orucovanın ilk evliliyində  Bilqeyis adlı bir qızı var.

Aktrisanın qızı Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə üç il əvvəl ailə qurub. Aktrisanın qızı 12 yaşından atası ilə yaşayıb. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO