Toppuş bacının əri: “Ölümündən iki gün əvvəl mənimlə sağollaşdı” – FOTO

Toppuş bacının əri: “Ölümündən iki gün əvvəl mənimlə sağollaşdı” – FOTO

Hazırda oxunan: Toppuş bacının əri: “Ölümündən iki gün əvvəl mənimlə sağollaşdı” – FOTO

126640

“Bir gün evə gəldim ki, Tünüş (həyat yoldaşı Tünzalə Əliyeva – red.) qızımız Zəhraya deyir ki, gözəl qızım mən olmayacağam, atanın sözünə qulaq as. Hər ikisi ağlayırdı. Bu sözü övladına demək üçün insanda böyük ürək olmalıdır. Həmin sözləri övladına kim deyə bilərdi?” 

Bizim.Media xəbər verir ki, bu sözləri “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan mərhum aktrisa, Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Aktrisanın həyat yoldaşı tək yaşama səbəbinin qızı Zəhra olduğunu bildirib: 

“Tünzalənin ölümündən iki gün qabaq idi. Mənimlə də sağollaşdı. Allahım şahiddir ki, o anı mən necə keçirdim. Həyat dostun, ömür-gün yoldaşın, sevdiyin o gözəl xanım səninlə vidalaşır. Mən o an evdən çıxıb getdim.
Onun gözlərində nələr gördüm o an, ilahi. Gözəl yarım, Zəhram necə də sənə bənzəyir. Mənim tək varlığım sən idin. İndi isə tək yaşama səbəbim sənin qızındı”. 
 
Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib. 


 Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO