Şakiraya xəyanət edən Pike: “İmicimi təmizləmək üçün pul xərcləməyəcəyəm” – FOTO

Şakiraya xəyanət edən Pike: “İmicimi təmizləmək üçün pul xərcləməyəcəyəm” – FOTO

Hazırda oxunan: Şakiraya xəyanət edən Pike: “İmicimi təmizləmək üçün pul xərcləməyəcəyəm” – FOTO

126624

Dünyaca məşhur pop ulduz Şakiraya xəyanət edən ulduz futbolçu Jerar Pike uzun müddətdən sonra ilk dəfə bu məsələ ilə bağlı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, “El Pais” nəşrinə müsahibə verən Jerar həyatındakı bir sıra dramatik dəyişikliklərdən sonra çox xoşbəxt olduğunu etiraf edib. 

İdmançı müsahibəsində əsasən atalığın əhəmiyyətindən və övladlarının qorunmasından danışıb. 

“Öldüyüm gün geriyə baxacağam və ümid edirəm ki, istədiyim hər şeyi etdiyimi anlayacağam. Özümə sadiq olmaq istəyirəm. Mən imicimi təmizləmək üçün pul xərcləməyəcəyəm”, - deyə J.Pike vurğulayıb. 

Qeyd edək ki, Şakira və Jerar Pike 2010-cu ildə 2010 FIFA Dünya Kubokunun himni olan “Waka Waka” mahnısının çəkilişləri zamanı tanış olublar. Cütlük vətəndaş nikahında yaşayıb və iki oğul böyüdüb - doqquz yaşlı Milan və yeddi yaşlı Saşa. 
2022-ci ilin yayında 12 illik evlilikdən sonra məşhurların ayrılması məlum olub. Ayrılmaya səbəb isə Pikenin Klara Çiya adlı xanımla Şakiraya xəyanət etməsi olub. Onların tezliklə toyları olacaq. 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO