İrina Şeykdən gözlənilməz TƏRZ - Sinəsinə adını yazdırdı - FOTO

İrina Şeykdən gözlənilməz TƏRZ - Sinəsinə adını yazdırdı - FOTO

Hazırda oxunan: İrina Şeykdən gözlənilməz TƏRZ - Sinəsinə adını yazdırdı - FOTO

125982

Rus əsilli dünyaca məşhur supermodel İrina Şeyk hər zaman diqqəti özünə çəkə bilib. 

Bizim.Media xəbər verir ki, bu dəfə podium ulduzu bəlkə də ən qeyri-adi çəkilişlərdən birində iştirak edib. 

Yeni çəkilişdə 37 yaşlı İrina tamamilə qeyri-adi bir rolda göründü. 

Model ağ köynək və boz gödəkçə geyinib və görünüşünü parlaq qırmızı lateks əlcəklər və qara dəri şərflə tamamlayıb. 
Ulduzun vizajistlərinə İrinanın açıq yaşıl gözlərini vurğulayan yaradıcı vizaj ediblər. Əsas və diqqətçəkən detal sinə üzərində yazılmış modelin adı olub. 

Tərəfdarlar dərhal həvəsli şərhlər yazmağa başlayıb – “İrina, sən əsl rus gözəlisən”, “Gözlənilməz görüntü”. 

İrina Şeyk 2017-ci ildə Bredli Kuperdən qız övladı dünyaya gətirib. İki il sonra cütlük dörd illik münasibətdən sonra ayrılıb. Və sevgililərin ayrılmasının səbəbi bilinməsə də, bəziləri aktyorun 2018-ci ildə çəkilmiş “Ulduz doğuldu” filminin çəkiliş meydançasında Ledi Qaqaya qarşı hisslərinin büruzə verməsini düşünür. İndi sevgililər yenidən birlikdədilər. Bəzi insayderlər İrina və Bredlinin ikinci uşaq haqqında düşündüklərini bildirirlər. 




Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO