Müğənni Nəfəsin həmkarı Meydan Əsgərovla qohum olduğu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb.
Sənətçi bildirib ki, Meydan Əsgərov onun anasının dayısıdır:
“Meydan Əsgərovla bizi qan bağı, qohumluluq, sənət və dostluq birləşdirir. Meydan anamın dayısıdır. O, mənim dayım da sayılır. Meydanı özümə böyük dayı bilirəm. Onun “Sarı bülbül” mahnısı mənə uğur gətirib. Buna görə də bu veriliş vasitəsi ilə ona təşəkkürümü bildirirəm.
İllər əvvəl onun bu nəğməsini ifa etdim, az da olsa özümə tamaşaçı kütləsi yığa bildim. İki-üç bundan əvvəl isə Meydan dayımla birlikdə toyda idik. O, məni məclisdə çox gözəl təqdim etdi. Mahnılarımı toyda səsləndirdim və gözəl şəkildə məni yola saldı”.
Rəşad Əliyev, Bizim.Media