17 ildən sonra Mahsun Kırmızıgülün Bakı konserti BAŞ TUTDU - VİDEO

17 ildən sonra Mahsun Kırmızıgülün Bakı konserti BAŞ TUTDU - VİDEO

Hazırda oxunan: 17 ildən sonra Mahsun Kırmızıgülün Bakı konserti BAŞ TUTDU - VİDEO

125144

17 ildən sonra Azərbaycana gələn Türkiyənin məşhur ulduzu Mahsun Kırmızıgülün Bakıdakı konserti baş tutub.

Bizim.Media xəbər verir ki, "Bakı Konqres Mərkəzi"ndə pərəştişkarlarının qarşısına çıxan sənətçi ifalarına başlamazdan əvvəl ölkəsində fevralın 6-da baş verən dəhşətli təbii fəlakətdən söz açıb.

"Bura gəldiniz, mənə şərəf verdiniz. Çox sağolun! Türkiyə və Suriyada baş verən əsrin fəlakətində həyatlarını itirən minlərcə insan üçün hamınızdan onların xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi rica edirəm", - deyə Mahsun bildirib.

Daha sonra Kırmızıgül repertuarında yer alan hitləri və sevilən nəğmələrini səsləndirib.

Anşlaqla keçən musiqi gecəsində müğənninin fanatları nəğmələrini onunla birlikdə ifa ediblər.

Qeyd edək ki, M.Kırmızıgül bir neçə gün əvvəl sosial şəbəkə hesabında Bakı konsertindən əldə edəcəyi qazancı zəlzələ bölgəsinə bağışlayacağını açıqlamışdı.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO