Müğənni Şəbnəm Qəhrəmanova həmkarı Zeynəb Həsəni ilə aralarında qalmaqal yaşanıb.
Bizim.Media xəbər verir ki, bu haqda Şəbnəm qonaq olduğu “7 canlı” axşam şousunda danışıb.
Qəhrəmanova bildirib ki, Həsəni onun haqqında efirdə xoşaqəlməz ifadələr işlədib:
“Bir ara Zeynəblə küsülü idim. O da Zeynəbin səhvi idi. Çox pis xətrimə dəymişdi. Zeynəb efirdə haqqımda düzgün olmayan ifadələr işlətmişdi. Düşünürəm ki, o da öz yalnışını anlamışdı. Zeynəbin sağlamlığı ilə bağlı problemi olanda, ona zəng vurdum. Aramızdakı bütün problemləri çözdüm. Bir-birimizlə halallaşdıq.
Bu yaxınlarda da aramızda anlaşılmazlıq yaşandı. Ona söylədim ki, bizim artıq o yaşımız deyil, o dönəmlər bitib. Beş günlük dünyadır. Allah Zeynəbə can sağlığı versin. İnşallah ona ailə qismət eləsin”
- A-
- A
- A+
Şoutaym
13:32 / 09.03.2023
Şəbnəm: “Zeynəb efirdə haqqımda düzgün olmayan ifadələr işlətmişdi” - QALMAQAL - VİDEO
Hazırda oxunan: Şəbnəm: “Zeynəb efirdə haqqımda düzgün olmayan ifadələr işlətmişdi” - QALMAQAL - VİDEO
Hazırda oxunan: Şəbnəm: “Zeynəb efirdə haqqımda düzgün olmayan ifadələr işlətmişdi” - QALMAQAL - VİDEO
124576
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.