Əməkdar artist Lalə Məmmədova yeni layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçi sözləri Rüfət Əhmədzadə, musiqisi Emin Sabitoğluna məxsus “Gözümdə Leylisən” adlı mahnını ekranlaşdırıb.
Lalə ekran işinin rejissorluğunu, peşəkar fotoqraf Orçun Mutluya həvalə edib. Klip Türkiyədə lentə alınıb.
Ekran işində L.Məmmədovanın imici üzərində peşəkar stilist və vizajist Elnur Həsənov çalışıb.
Rəşad Əliyev, Bizim.Media