Əməkdar artist Mətanət İsgəndərlinin qardaşının səhhətində ciddi problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, müğənni “Maqazin plus” verilişinə müsahibəsində bildirib ki, qardaşının böyrəkləri fəaliyyətini dayandırıb.
“Qardaşım dializ xəstəsidir. Əvvəl şəkərdən əziyyət çəkirdi. Bu da böyrəklərinə təsir etdi. O gün mənə zəng vurub dedi ki, bacı, sən mənim anamsan.
Bilirsən, ömrümə az qalıb. Şükür Allahın məsləhətinə. Ömrü verən Allahdır. Qardaşım atama çox oxşayır. Ona kömək etməsəm, ürəyim partlayar. Atamın balasıdır, onun ruhu da orada şad olsun”.
Qeyd edək ki, M.İsgəndərlinin atası ötən il dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media