Əməkdar artist Ülviyyə Əliyeva “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan mərhum həmkarı Tünzalə Əliyeva ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, aktrisa Tünzalənin məzar daşının görüntülərini çəkərən vəfatından 40 gün keçdiyini yazıb.
Kadrlardan diqqət çəkən məqam isə mərhumun məzarının üstündə aktrisanın şəklinin olmaması olub.
Ülviyyə izləyicilərdən gələn bununla bağlı suallara “Tünzalə Hacı xanım idi. Dinimizdə qadın məzarına şəkil vurmaq olmaz” cavabını verib.
Qeyd edək ki, Tünzalə Əliyeva 49 yaşında müalicə aldığı Milli Onkologiya Mərkəzində vəfat edib. Onun 6 yaşlı Zəhra adında bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media