Qonşuları Gülüstan Əliyevadan ŞİKAYƏT ETDİLƏR:

Qonşuları Gülüstan Əliyevadan ŞİKAYƏT ETDİLƏR: "Əlindən rahat yaşaya bilmirdik" - VİDEO

Hazırda oxunan: Qonşuları Gülüstan Əliyevadan ŞİKAYƏT ETDİLƏR: "Əlindən rahat yaşaya bilmirdik" - VİDEO

123902

Əməkdar artist Gülüstan Əliyevanın Cəbrayılda qonşusu olmuş şəxs “Günaydın Azərbaycan!” səhər şousuna məktub göndərib.

Bizim.Media xəbər verir ki, həmin şəxs, sənətçi ilə qonşuluq etdiyi müddətdə hər gün səs-küylə oyandıqlarını yazıb.

Həmin şəxs həmçinin bildirib ki, bir neçə dəfə Gülüstangil suyu açıq saxlayıb. Bundan sonra evi su basıb.

“Yadımdadır, Cəbrayıla təzə gəlin gəlmişdi. Hər səhər səs-küylə yuxudan oyanırdıq. Səs-küyü də salan Gülüstan xanımgildən bir mərtəbə aşağıda yaşayan Heyran xala idi. Heyran xalanın səsinə bütün qonşular həyətə tökülürdük, evini su basmışdı, deyinirdi. Bu Gülüstanın əlindən rahat yaşaya bilmirdik, hər gün bizi suya batırır. Onun əlindən evi bir neçə dəfə təmir etmişik. Heyran xalanın səsinə Gülüstan xanım da gəldi. Siz orada baş verənləri gərək öz gözlərinizlə görərdiniz. Həmin səhnə mənim yadımdan heç zaman çıxmır”, - deyə məktubda yazılıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO