"Xanımlar, özünüzü aldatmayın, xəyanət etməyən kişi yoxdur" - Müğənni

Hazırda oxunan: "Xanımlar, özünüzü aldatmayın, xəyanət etməyən kişi yoxdur" - Müğənni

12339

"Əziz xanımlar, diqqətlə oxuyun, xəyanət etməyən kişi yoxdur. Milyonda bir ola bilər, o da kimin bəxtinə düşərsə...".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov sosial şəbəkədə yazıb.

Sənətçi qeyd edib ki, sevdiyi qadına xəyanət etməyən kişi yoxdur: 

"Sadəcə, normal kişi bunu qadınına hiss etdirməməlidir. Bizim coğrafiyamızda bu belədir, özünüzü boş yerə aldatmayın. Yaxşı, nə edəcəksiniz, boşanacaqsınız? Yaxşı, boşandın, sonradan başqasına ərə getdin. O, xəyanət etməyəcək?

Bacardığınız qədər ərinizə diqqət, qayğı göstərin ki, çox ora-bura getməsin. Yoxsa ki, xəyanət eləsən, boşanaram söhbətləri boşdur.

Hansınızı dindirsək, "Xəyanəti bağışlamaram" sözünü deyirsiniz. Özünüz özünüzü boş yerə aldadırsınız, ideal kişi axtarmayın. Yoxdur o xalxın kişisi, yoxdur, aldadıblar sizi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO