Hollivud aktyoru 7-ci dəfə ATA OLDU - FOTO

Hollivud aktyoru 7-ci dəfə ATA OLDU - FOTO

Hazırda oxunan: Hollivud aktyoru 7-ci dəfə ATA OLDU - FOTO

122053

Dünyaca məşhur britaniyalı 50 yaşlı aktyor Cud Lou yeddinci dəfə ata olub.

Bizim.Media “The Sun” nəşrinə istinadən xəbər verir ki, paparasilər London Hitrou hava limanında uşaq arabası ilə körpəsini gəzdirən aktyoru və onun 35 yaşlı arvadı Filippa Koanın fotolarını çəkib.

Nəşrin jurnalistləri Cud Lounun yenidən ata olduğu qənaətinə gəliblər. Lakin Hollivud aktyorunun özü hələlik bu xəbərə münasibət bildirməyib.

Xatırladaq ki, Cudun indi dörd anadan yeddi uşağı var. Hollivud aktyoru 2020-ci ilin dekabrında altıncı övladının dünyaya gəlməsi haqqında danışıb. Cütlük 2019-cu ildə ailə həyatı qurub. 

Aktyor ilk dəfə 1997-ci ildə Sadie Frost ilə ailə qurub. Onların birlikdə iki oğlu və bir qızı var. Ən böyüyü Rafferti hazırda 27, qızı Ayris 22, Rudi isə 20 yaşındadır.

Sadie Frostdan boşandıqdan sonra Lou 2004-cü ildə Sienna Miller ilə nişanlanıb və 2006-cı ildə uşaqlarının dayəsi ilə münasibətdən sonra ayrılıb. 2009-cu ildə Cud Yeni Zelandiyalı model Samanta Burkla eşq yaşayıb.
Onların Sofiya adlı bir qızı dünyaya gəlib. Daha sonra onlar ayrılıblar.

Beşinci övladı, indi yeddi yaşı olan qızı Adu aktyor olmaq istəyən müğənni Ketrin Hardinq tərəfindən dünyaya gəlib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO