"Əziz dostum, gözəl insan, sənətkar, bu gün səni də itirdim. Sənət dünyası, dostların, səni sevənlər, ailən səni itirdi. O qədər şən, nikbin, qeyri-adi bir insan idin ki... Zarafatlarımız, deyib-gülməyimiz... Sumqayıt Teatrından indiyə qədər heç yadımdan çıxmır, Ramiz".
Bizim.Media xəbər veri ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətkar mərhum həmkarı Xalq artisti Ramiz Novruzun xərçəngdən sağalacağına ümid etdiyi bildirib:
"Bircə onu deyə bilərəm ki, Allah sənə rəhmət eləsin, dostum. Allah o dünyanı versin. Yerin cənnət olsun. Sən mənim üçün çox ağır itki oldun. Çox inanırdım ki, şəfa tapacaqsan... Tamaşaçı, səhnə, dostların, nə də ailən səndən doymadı. Səni həddindən ziyadə çox sevən balalarına necə təsəlli verəcəyik, Ramiz? Nə deyə bilərəm ki? Yerin cənnət olsun, qəbrin nurla dolsun. Həyatda ən böyük arzum, Allah Cavidana kömək olsun ki, sənin yolunu davam etdirə bilsin. Amin..."
Qeyd edək ki, mədə xərçəngindən əziyyət çəkən Ramiz Novruzov 67 yaşında xəstəxanada vəfat edib. Xalq artisti bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:20 / 21.02.2023
Afaq Bəşirqızı mərhum Ramiz Novruzov HAQDA: "İnanırdım ki, şəfa tapacaqsan" - FOTO
Hazırda oxunan: Afaq Bəşirqızı mərhum Ramiz Novruzov HAQDA: "İnanırdım ki, şəfa tapacaqsan" - FOTO
Hazırda oxunan: Afaq Bəşirqızı mərhum Ramiz Novruzov HAQDA: "İnanırdım ki, şəfa tapacaqsan" - FOTO
121797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.