Açıq ürək əməliyyatından sonra Əməkdar artist ilk dəfə EFİRƏ ÇIXDI - VİDEO

Açıq ürək əməliyyatından sonra Əməkdar artist ilk dəfə EFİRƏ ÇIXDI - VİDEO

Hazırda oxunan: Açıq ürək əməliyyatından sonra Əməkdar artist ilk dəfə EFİRƏ ÇIXDI - VİDEO

121540

“Verilişə gəlmək mənim borcum idi. Çünki 1964-cü ildə ilk dəfə efirə çıxıb uşaq verilişi aparırdım. Onda 4-cü sinifdə oxuyurdum. Ondan sonra efir məkanına vuruldum. Səhnənin xəstəsi oldum. Bu gün də xəstəsiyəm, ölənə kimi də belə olacaq. Hansı proqram məni dəvət edirsə, hörmətlə, məmnuniyyətlə dəvəti qəbul edirəm”. 

Bir neçə ay əvvəl üzərində açıq ürək əməliyyatı aparılan Əməkdar artist Vahid Əliyev müalicə aldıqdan sonra ilk dəfə efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, sənətkar ekspert qismindən iştirak etdiyi “Elgizlə izlə” sosial-ictimai verilişin qonağı olub. 

Aktyor proqramda sağlamlıq vəziyyətindən də söz açıb: 

“Həyat yoldaşıma borcluyam. O, mənim üçüncü balamdır. Qulluğumda yaxşı durur. Ayaqüstə olmağımı isə dövlətimə, dövlətçiliyimə, həkimlərimə borcluyam. 4 ürək damarının dəyişdirilməsi bilirsiz nə deməkdir? Heç bilmədim ki, 4 damar necə dəyişilib”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO