Dünyaca məşhur puerto-rikalı müğənni Riki Martin Türkiyədə və Suriyada baş verən dəhşətli zəlzələdən sonra hamını yardım etməyə səsləyib.
Bizim.Media xəbər verir ki, pop ulduz bununla bağlı sosial şəbəkə hesabında videomüraciət yayımlayıb.
“Bildiyiniz kimi, böhranlı vaxtlarda sakit qala bilmirəm. Türkiyə və Suriyada baş verən zəlzələdən sonra gördüyümüz mənzərələr ürəyimi parçalayır. Biz kömək etməliyik”.
UNICEF-in xoşməramlı səfiri kimi də fəaliyyət göstərən Martin “Hazırda orada vəziyyət çox çətindir. Siz artıq görüntüləri izləyirsiniz. Ona görə də kömək etməliyik” videomüraciətdə deyib.
O, həmçinin UNICEF-in ianə kampaniyasının linkini izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:24 / 14.02.2023
Riki Martin Türkiyə və Suriya üçün YARDIM İSTƏDİ - VİDEO
Hazırda oxunan: Riki Martin Türkiyə və Suriya üçün YARDIM İSTƏDİ - VİDEO
Hazırda oxunan: Riki Martin Türkiyə və Suriya üçün YARDIM İSTƏDİ - VİDEO
120342
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.