Türkiyəli rok müğənni Haluk Leventin təsisçisi olduğu AHBAP dərnəyinin hesabına köçürülən məbləği açıqlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi FOX TV-yə açıqlamasında bildirib ki, bu rəqəm 1 milyard lirəni (təxminən 90 milyon manat) ötüb.
“Türkiyənin mühüm yoxlama mexanizmlərindən bizi yoxlamalarını istəyəcəyəm. Çünki bu, xalqın puludur”, - deyə H.Levent vurğulayıb.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb.
Rəşad Əliyev, Bizim.Media